-
- 17-10-2024, 08:59
- 1 388
Çox gülməkdən öldü
1975-ci ildə Britaniyalı cütlük televiziyada sevimli verilişlərinə baxıblar. Bu zaman həm qəribə, həm də bədbəxt bir hadisə baş verib.
News24.az xəbər verir ki, verilişi izləyən ər yarım saat dayanmadan gülüb və nəticədə infarkt keçirərək dünyasını dəyişib.
Həyat yoldaşı dəfn mərasimindən sonra verilişin prodüserlərinə məktub yazaraq həyat yoldaşını həyatının son dəqiqələrində belə xoşbəxt etdiklərinə görə onlara təşəkkür edib.
Günel Məlikzadə