Arvadını və qayınatasını bıçaqlayaraq öldürdü
    • 19-04-2024, 09:00
    • 384

Arvadını və qayınatasını bıçaqlayaraq öldürdü

 Serkan Zengin küçədə həyat yoldaşı ilə mübahisə edib.

News24.az xəbər verir ki, evdə tapdığı bıçaqla həyat yoldaşı Meltem Zengini (35) və qayınatası Turqut Doğanyiğiti (65) bıçaqlayıb. 

Zengin daha sonra hadisə yerindən qaçıb. 

Qayınatası Turqut Doğanyiğit hadisə yerində dünyasını dəyişib. Bıçaqlı döyüşdə ağır yaralanan Meltem Zengini də bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb və dünyasını dəyişib.

2 nəfərin ölümünə səbəb olan bəy polis qruplarının təqibi nəticəsində qısa müddətdə tutularaq nəzarətə alınıb.

Günel Məlikzadə