-
- 17-10-2024, 20:33
- 236
Saç qulluğunda etdiyimiz təhlükəli səhvlər
Ev maskalarından istifadə saç qulluğunda təhlükəli səhvlərdən biridir.
News24.az oxu.az-a istinadən bildirir ki, "L'Oréal Professionnel Paris"in tərəfdaşı, stilist Maksim Rokitski bildirib ki, qızlar tez-tez dəriyə çəkilmək üçün nəzərdə tutulmayan qeyri-steril, əl altında olan məhsullardan reseptlər tapırlar. Rokitskinin fikrincə, belə maskalar nəinki fayda vermir, hətta allergik reaksiyaya səbəb ola və ciddi zərər verə bilir.
"Ən təhlükəli xalq vasitələri qıcıqlandırıcı tərkibli saç maskalarıdır. Bibər və xardal tərkibli maskaları yaddan çıxarın, çünki onlar baş dərisini zədələyə və qıcıqlanmaya səbəb ola bilər. Elmi cəhətdən sübut olunmuş şeylərdən istifadə etmək lazımdır", - deyə stilist bildirib.
Baş dərisi və saçların vəziyyəti ilə bağlı problemi həll etmək istəyənlərə Rokitski dermatoloq və ya trixoloqa müraciət etməyi tövsiyə edib. Rəngləmədən sonra saçların keyfiyyətini qorumaq üçün isə ekspert koloristlə məsləhətləşməyi məsləhət görüb.