Amerikalı dermatoloq açıqladı! Sağlam saçların 3 qızıl qaydası
    • 12-07-2024, 14:11
    • 759

Amerikalı dermatoloq açıqladı! Sağlam saçların 3 qızıl qaydası

Saç baxımı sağlamlıq üçün çox vacibdir.

News24.az xəbər verir ki, sağlam saçlar şəxsi görünüşü və özünə inamı artırır, baş dərisinin müntəzəm təmizlənməsi və nəmləndirilməsi saçların güclənməsinə kömək edir.

Harvard məzunu dermatoloq Dr. Çarlz Puza sağlam saçlar üçün üç vacib üsulu izah edib.

Sağlam saçlara sahib olmaq hər kəsin arzusudur. Ancaq saçlarınız müxtəlif səbəblərdən çox tez korlana bilər.

Dolğun, canlı və sağlam saçlar hər dəfə güzgüyə baxdığınızda özünüzə inamınızı artırır.

Saçın sağlamlığına birbaşa təsir edən bir çox amillər var. Misal üçün, qeyri-adekvat və qeyri-sağlam qidalanma, genetik faktorlar, stress, yanlış saç baxım vasitələrinin istifadəsi, boya kimi həddindən artıq kimyəvi tərkibli məhsullardan istifadə saçlarınızın çox tez köhnəlməsinə və hətta zamanla tökülməsinə səbəb ola bilər.

HƏMİŞƏ EYNİ ŞAMPUNDAN İSTİFADƏ ETMƏYİN

Dəriniz kimi saçlarınız da hər zaman qayğıya ehtiyac duyur. Sağlam saçlara sahib olmaq üçün ilk növbədə balanslı qidalanmalısınız.

Saç baxımınızı şampun, kondisioner və saç maskası kimi məhsullarla da dəstəkləyə bilərsiniz.

Dr. Çarlz Puza baş dərinizin ehtiyaclarına uyğun məhsullardan növbə ilə istifadə etməyi tövsiyə edir, bu proses saç dövrü adlanır.

SAÇLARINIZI  SOYUQ REJİMDƏ QURUDUN

Dr. Puza saçınızı qurutmağın ən sağlam yolunun feni soyuq rejimdə istifadə etmək olduğunu vurğulayır. “Saçlarınızı isti hava ilə qurutmağı dayandırın və çox uzun müddət nəm qalmasına icazə verməyin. Həmçinin saç baxımında heç vaxt yaş saçları daramayın, çünki bu saç tellərinə zərər verə bilər".

Yuyulmayan kondisionerlərdən istifadə edin

Sağlam saçlar üçün müəyyən aralıqlarla saç tellərinə intensiv qulluq etmək lazımdır. Dr. Puza həftədə bir dəfə yuyulmayan kondisionerlərdən istifadə edir.

Bu saç baxımı üçün praktiki əlavədir və saçın ümumi sağlamlığını əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Bu krem saç lifini qidalandırır və nəmləndirir, onları daha yumşaq və hamar edir. Saçların qıvrılmasını azaldır, daranmağı asanlaşdırır və düyünlərin qarşısını alır. Bundan əlavə, saçları xarici faktorlardan qoruyur və ultrabənövşəyi şüalar, külək və quru hava kimi faktorların yaratdığı zərərləri azaldır.

Günel Məlikzadə