Tanınmış jurnalisti oğlu öldürdü
    • Bu gün, 12:38
    • 215

Tanınmış jurnalisti oğlu öldürdü

Tanınmış jurnalisti oğlu öldürdüBritaniyalı fotojurnalist Pol Lou ABŞ-ın Kaliforniya ştatında qətlə yetirilib və onun hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə oğlu həbs edilib.

News24.az Lent.az istinadla xəbər verir ki, Bosniya müharibəsi zamanı Sarayevonun mühasirəsi də daxil olmaqla münaqişələri işıqlandıran Pol Lou oktyabrın 12-də San Qabriel dağlarında ölü tapılıb. Polisin açıqlamasına görə, hadisə 15:28-də, Stoddard Kanyon şəlaləsi yaxınlığında, Baldi dağında baş verib.

Los-Anceles Tibbi Ekspertiza Ofisinin qeydlərinə görə, 60 yaşlı kişi boynundan bıçaqlanıb. Prokurorluqdan isə bildirilib ki, Lounun 19 yaşlı oğlu Emir atasını öldürməkdə ittiham edilib.