-
- 18-10-2024, 02:47
- 498
2025-ci ildən bu ailələrə hər uşağa görə 100 manat uşaq pulu verilə bilər - AÇIQLAMA
2025-ci ildən bu ailələrə hər uşağa görə 100 manat uşaq pulu verilə bilər - AÇIQLAMAPrezident İlham Əliyev "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsini Milli Məclisin müzakirəsinə təqdim edib. Bu barədə Maliyyə Nazirliyindən bildirilib. Layihəyə əsasən, gələn il Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 36 milyard 616 milyon manat, xərclərinin isə 39 milyard 667,6 milyon manat olacağı gözlənilir.
Bəs görəsən 2025-ci ilin dövlət büdcəsində əhaliyə uşaq pulu ödəmək nəzərdə tutulubmu?
Mövzu ilə bağlı Sonxeber.az – a açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, aylıq hər uşaq üçün 100-200 manat müavinət ayırmaq olar:
"Bunun üçün həmişə imkan və lazımi mailiyyə ehtiyyatı da mövcuddur. Son illərdə büdcədəki profisit 5 milyard manat civarındadır. Kobud desək bu xərclənməyə yer tapılmayan pullardır. Bu vəsaitləri sosial müavinətlər, xüsusilə də uşaq puluna yönəltmək lazımdır. Hesab edirəm ki, optimal mexanizm müəyyənləşdirilsə, ildə büdcədən 1 ya da 2 milyard ayırmaq olar. Bu barədə müxtəlif təkliflər var. Vəsait məbləğdən və uşaqların yaşından asılıdır. Neçə yaşa qədər uşaqlara aid olacaq və hansı şərtlərlə veriləcək? Bunlar müəyyənləşdirilməli, bir proqram şəklində Milli Məclisdə qəbul olunmalıdır. Biz bir çox işə büdcədən vəsait ayırırıq, amma uşaq pulu onların əksəriyyətindən daha vacibdir. Bir dövlətin əsas vəzifəsi əhalinin sağlamlığını, həyatını və gələcəyini təmin etməkdir. Bunun üçün də birinci yerdə uşaqların sağlam və təminatlı böyüdülməsi gəlir. Məsələnin həlli yolu da uşaq pulunun verilməsidir.
Hesab edirəm ki, hər uşağa 100-200 manat civarında bir məbləğ ayırmaq olar. Bəziləri bunun da az olduğunu düşünəcək. Amma söhbət bütün xərcləri dövlətin öz üzərinə götürməsindən getmir. Bu sadəcə dövlətin müəyyən dərəcəli köməyidir. 3 uşağı olan ailənin hər uşağına 100 manat müəyyənləşdirilsə, bu aylıq 300 manat yardım deməkdir və ya hər uşağa 200 manat aylıq 600 edir. Əgər yardım bütün uşaqlara aid edilməsə belə, müəyyən qruplara vermək olar. Məsələn sosial təminnatı daha aşağı olan ailələrə. Adından da göründüyü kimi bu sosial yardım proqramıdır. Sosial yardıma ehtiyacı olan ailələrə verilməlidir. Ayda 5000-10000 gəliri olan ailənin bu pula ehtiyacı yoxdur. Amma əhalinin aztəminatlı hissəsinin ehtiyacı var. Bir mexanizm qurula bilər ki, əgər ailədə adam başına qazanc 500 manatdan azdırsa, onlar aztəminatlı hesab olunur. Bu ailələrə uşaq pulu verilə bilər. Amma çox yaxşı olar ki, bütün uşaqlara minimum 100 manat uşaq pulu ödənsin. Bəziləri düşünür uşaq pulu verilsə, hamı çox uşaq doğacaq. Mən belə düşünmürəm. Uşaq pulu çox uşaq doğulsun deyə deyil, mövcud uşaqlar daha təminatlı böyüsün deyə verilir".