-
- 17-10-2024, 14:07
- 265
İki dildə danışmaq beyni gücləndirir - ARAŞDIRMA
Kanadanın McGill və Ottava universitetləri və İspaniyanın Saraqosa Universiteti tərəfindən aparılan yeni bir araşdırma iki dildə danışmağın idrakda rolunu və beyin bölgələri arasında ünsiyyətin səmərəliliyini artırdığını göstərib.
News24.az xəbər verir ki, alimlər fransız, ingilis və ya hər iki dildə danışan 151 iştirakçı ilə görüşüb və onların ikinci dillərini öyrəndikləri yaşları qeyd ediblər.
İştirakçıların bütün beyin əlaqəsini qeyd etmək üçün istirahət vəziyyətində olan MRT görüntülərindən istifadə edərək skan edilib. MRT görüntüləri ikidilli iştirakçıların beyin bölgələri arasında təkdilli iştirakçılara nisbətən daha yüksək əlaqə olduğunu və bu əlaqənin ikinci dillərini gənc yaşda öyrənənlərdə daha güclü olduğunu göstərib.
Qeyd edək ki, keçmiş tədqiqatlara görə, ikinci dil öyrənmək diqqətə, sağlam yaşlanmaya və hətta beyin zədəsindən sonra bərpaya müsbət təsir göstərə bilər.
Məryəm İlhamqızı