Azərbaycanda 150-dən çox cinayətkar qrup zərərsizləşdirilib
    • Bu gün, 16:30
    • 96

Azərbaycanda 150-dən çox cinayətkar qrup zərərsizləşdirilib

Axtarışa elan edilmiş 6703 nəfərdən 84 faizi tutulub.

News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin 2024-cü ilin 9 ayına həsr olunan kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, habelə ağır və xüsusilə ağır cinayətlər törətməkdə şübhəli bilinən 390 nəfərdən ibarət 158 cinayətkar qrup zərərsizləşdirilib.