Emindən xanım həmkarının boşanmasına reaksiya
    • 18-10-2024, 07:42
    • 659

Emindən xanım həmkarının boşanmasına reaksiya

Xalq artisti Emin Ağalarov həmkarı Alsunun boşanmasına münasibət bildirib. 

News24.az xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” məlumat yayıb.

E.Ağalarovun Alsunun konserti zamanı keçmiş cütlüyü dəstəkləyib. 

Onun sözlərinə görə, o, həm Alsunun özü, həm də keçmiş əri Yan Abramovla yaxşı ünsiyyət qurur:

“Bilirsiniz, mən Alsu ilə ayrı, Yan ilə ayrı dostluq edirəm. Deyə bilərəm ki, hər ikisi heyrətamizdir! Mən heç vaxt ailələrə qarışmıram. Tamamilə neytral insanam. Mən Yan ilə boşanma barədə danışmamışam və etməyi də planlaşdırmıram. Çünki onunla əsasən iş və biznes haqqında danışırıq. Ona çox hörmət edirəm. Heç bir detalı bilmədiyim üçün bu haqda şərh vermirəm”.

Teymur Məmmədov