Alsunun bakılı əri ona məşhur modellə xəyanət edib - İddia
    • 25-06-2024, 11:06
    • 302

Alsunun bakılı əri ona məşhur modellə xəyanət edib - İddia

Rusiyalı müğənni Alsu və bakılı iş adamı Yan Abramovun boşanmasına dair yeni iddia ortaya çıxıb.

News24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə “StarHit” nəşri yazıb.

İddiaya görə, cütlüyün münasibətlərinin pozulmasına səbəb model Anastasiya Reşetova olub, lakin o bunu inkar edir.

Reşetova ictimaiyyəti inandırmağa çalışır ki, heç vaxt evli kişi ilə münasibət qurmaz. Alsu isə Anastasiyanın açıqlamalarına instaqram səhifələrinin birində bu şərhi yazıb: “Yalan danışır”. O, şərhini göz vuran smaylla tamamlayıb.