-
- 18-10-2024, 07:53
- 334
Mask bahalı şam yeməyinə görə işgüzar səfərini ləğv etdi
Amerikalı sahibkar İlon Mask tədbiri bahalı və çətin hesab etdiyi üçün Osloda işgüzar şam yeməyində iştirak etməkdən imtina edib.
News24.az xəbər verir ki, bu barədə Norveçin “E24” qəzeti məlumat yayıb.
Mask Norveç neft fondunun rəhbəri Nikolay Tangenin tədbirinə dəvət olunub.
Norveç neft fondunun kommunikasiyalar üzrə direktoru Marte Skordan məsələ ilə bağlı bunları deyib:
"O, iştirak etməyin onun üçün çətin və bahalı olacağını söylədi".
Əvvəlcə Mask şam yeməyinə getməyə qərarlı olsa da, sonra iş adamları arasında münasibətlər pisləşib.
Qeyd edək ki, Mask planetin ən zəngin insanlarından biridir.
Teymur Məmmədov