-
- 11-04-2024, 09:02
- 399
"Süni intellekt ən ağıllı insandan daha ağıllı olacaq"
Tesla-nın baş direktoru İlon Mask Norveçin sərvət fondunun baş direktoru Nikolai Tangenə süni intellektin inkişafı və gələcəyi ilə bağlı qiymətləndirmələr edib.
News24.az xəbər verir ki, Mask, AI-nin gələn il və ya 2026-cı ilə qədər ən ağıllı insandan daha ağıllı olacağını söylədi.
Süni intellektin elektrik enerjisinin mövcudluğu ilə məhdudlaşdığını ifadə edən Mask, AGI-nin (süni ümumi intellekt) inkişaf qrafiki ilə bağlı çıxışında deyib: “Əgər biz AGI-ni ən ağıllı insandan daha ağıllı olaraq təyin edəcəyimizi düşünsək, bu, yəqin ki, olacaq. Bu iki il ərzində baş verəcək” dedi.
Digər tərəfdən Mask bildirib ki, qabaqcıl çiplərin olmaması xAI startapının süni intellekt chatbotu Grok-un 2-ci versiya modelinin hazırlanmasına mane olur.
Mask keçən il xAI-ni qeyri-kommersiya əsasında bəşəriyyətin xeyrinə süni intellekt inkişaf etdirmək missiyasından imtina etdiyi üçün iddia etdiyi OpenAI-yə rəqib olaraq təsis etdi.
Grok 2 modelinin öyrədilməsi üçün təxminən 20 min Nvidia H100 GPU tələb olunduğunu bildirən Mask, Grok 3 modelinin 100 min Nvidia H100 çipinin tələb olunacağını bildirib.
Günel Məlikzadə