-
- 18-10-2024, 20:25
- 408
Ayaq üstə işləməyin görünməz təhlükəsi: Alimlərdən xəbərdarlıq
International Journal of Epidemiology jurnalında nəşr olunan araşdırmada İngiltərədə təxminən 83 min adamın sağlamlıq məlumatları araşdırılıb.
News24.az xəbər verir ki, tədqiqata qatılan insanların gündəlik hərəkətləri ağıllı saatlarla izlənilib.
Nəticələr gündə iki saatdan çox ayaqda durmanın ayaqlarda varikoz genişlənməsi və qan laxtalanması riskini artırdığını ortaya qoyub.
Tədqiqatçılar uzun müddət ayaq üstə qalmağın ürək sağlamlığına heç bir müsbət təsir göstərmədiyini də müşahidə ediblər.
Araşdırmanın aparıcı müəllifi Dr.Metyu Əhmədi "Çox uzun müddət ayaqda durmaq oturaq həyat tərzini kompensasiya etməyəcək və bəzi insanların qan dövranı sağlamlığı üçün risk yarada bilər" deyə izah edib.
Alimlər vurğulayıblar ki, uzun müddət oturan insanlar qısa müddət ərzində intensiv idmanla belə ürək xəstəliyi riskini azalda bilər. Araşdırmanın müəlliflərindən biri olan prof. Emmanuel Stamatakis müntəzəm fasilələr vermək, yerimək, pilləkənləri çıxmaq kimi sadə hərəkətlərin belə sağlamlıq üçün əhəmiyyətli olduğunu bildirib.
Məryəm İlhamqızı