Protez əllər düşüncənin gücü ilə hərəkət ETDİRİLDİ
    • 18-10-2024, 12:53
    • 245

Protez əllər düşüncənin gücü ilə hərəkət ETDİRİLDİ

Almaniyadakı Primat Mərkəzinin (Leibniz Primat Tədqiqat İnstitutu) nevroloqları beyin-kompüter interfeysləri (BCI) ilə protez əllərə daha dəqiq nəzarət etməyə imkan verəcək yeni təlim protokolu hazırlayıblar.

News24.az xəbər verir ki, tədqiqat meymunlar üzərində aparılıb. Bu yeni üsul protez əllərin beyin siqnallarından və sadəcə düşüncə gücündən istifadə edərək daha dəqiq hərəkət etdirilməsini təmin edib.

Tədqiqatçılar bu təcrübədə beyindəki əllərin mövqelərini idarə edən siqnalların əl hərəkətlərinin sürətini idarə edən siqnallardan daha əhəmiyyətli olduğunu kəşf ediblər.

Bu ixtira iflic olan xəstələr üçün hazırlanmış neyroprotezlərin incə motor bacarıqlarının təkmilləşdirilməsi istiqamətində mühüm addım hesab olunur.

Tədqiqat çərçivəsində meymunlara virtual reallıq mühitində əllərindən istifadə edərək "avatar" əli idarə etmək öyrədilib.

Daha sonra meymunlar əllərindən fiziki istifadə etmədən, sadəcə beyin siqnalları ilə virtual əli hərəkət etdirə bildilər.

Günel Məlikzadə