-
- 18-10-2024, 13:18
- 2 155
İcra başçısı PARTLAYIŞ olan ərazidə - MÜHÜM MƏLUMAT
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov partlayış baş verən əraziyə gəlib.
News24.az Gencexeber.az-a istinadla məlumat verir ki, o, ilk olaraq həmin mənzillərə daxil olaraq baxış keçirib.
Başçı bildirib ki, qərar Fövqəladə Hallar Nazirliyinin rəyindən sonra veriləcək:
“FHN-nin komissiyasının rəyini gözləmək lazımdır ki, bilinsin, bina təmir oluna bilər, yoxsa sökülüb yenidən tikilməlidir. Çünki daxildə dağıntı həddindən artıq çoxdur. Bina panel olduğu üçün içəri tamamilə dağılıb”.
Niyazi Bayramov qeyd edib ki, zərərçəkənlərə hər cür dəstək göstəriləcək:
“Həmin binada yaşayış mümkün olmadığı üçün, kimin yaxın qohumu var, onlara yönləndiriləcək. Kimdə çətinlik yaransa, onlara kirayə ev tutulacaq. Bu gün onlara ilkin yardım olunacaq”.