Gəncə Şəhər İcra Hakimiyyətinin baş mühasibi dəyişdirilib
    • 1-11-2018, 17:15
    • 2 156

Gəncə Şəhər İcra Hakimiyyətinin baş mühasibi dəyişdirilib

Gəncə Şəhər İcra Hakimiyyətinin baş mühasibi Vəfa Məlikova və şöbənin aparıcı məsləhətçisi Şövkət Nağıyeva vəzifələrindən azad edilib.

Bununla bağlı şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov əmr imzalayıb.
N.Bayramovun digər əmri ilə baş mühasib vəzifəsinə Məlahət Salahovatəyin olunub.
Xatırladaq ki, avqustun 28-də Prezident İlham Əliyevin sərəncamı ilə Elmar Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Digər sərəncamla Niyazi Bayramov şəhər icra hakimiyyətinin başçısı təyin olunub.

//Report