-
- 19-10-2024, 11:00
- 347
Yağış yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA
Bəzi yerlərdə intensiv yağış yağıb, çaylardan sel keçib.
Bu barədə "News24.az"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 19-u saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə arabir leysan xarakterli intensiv yağış yağıb. Əsasən Balakən-Şəki zonasının bəzi ərazilərində yağıntılar güclü olub. Şahdağ və Zaqatala rayonunun dağlıq ərazilərinə (Əlibəy) qar yağıb.
Düşən yağıntının miqdarı Qubada 43 mm (Qudyalçay), Qusarda (Ləzə) 35 mm, Xaltanda 34 mm, Qaxda (Sarıbaş) 29 mm, Qrızda 25 mm, Xaçmazda 23 mm, Xınalıq, Ağsuda 21 mm, Şabranda 19 mm, İsmayıllı, Qəbələ, Şəkidə (Kişçay) 18 mm, Altıağac, Oğuzda 15 mm, Şamaxıda 10 mm, Astara, Neftçala, Kürdəmir, Gədəbəydə 8 mm, Cəfərxanda 7 mm, Lənkəranda 6 mm, Biləsuvar, Sabirabad, Mingəçevirdə 5 mm, Yardımlı, Daşkəsən, Şahdağ, Lerik, Göyçay, Qobustan, Şəmkir, Zərdab, Naftalan, Göygöl, Ağstafa, Gəncə, Balakən, Zaqatala, Bərdə, Tərtər, Yevlax, Ordubad, Şahbuzda 4 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.
Yağan leysan yağış nəticəsində İsmayıllı rayonu ərazisindən axan Göyçay çayından, Şəmkir rayonu ərazisindən axan Şəmkirçaydan sel keçib. Naxçıvan, Şahbuz, Balakən, Oğuz, Şəki, Şamaxı, Qax, Quba, Qusar, Qrız, Göyçay, Göyçay, Lerikdə duman müşahidə olunub.
Narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Naftalanda 22 m/s, Bakıda və Abşeron yarımadasında 21 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Goranboyda 19 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.8 metrə çatıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 9, Aran rayonlarında 13, dağlıq rayonlarda 5 dərəcəyədək isti qeydə alınıb.