Gündə bu qədər çörək yeyə bilərsiniz - Pəhrizdə olanlara ÇAĞIRIŞ
    • 19-10-2024, 16:15
    • 373

Gündə bu qədər çörək yeyə bilərsiniz - Pəhrizdə olanlara ÇAĞIRIŞ

Dietoloq Yuliya Çexonina və ROSBIOTECH Universitetinin taxıl, çörəkbişirmə və qənnadı məmulatları texnologiyaları kafedrasının müdiri Yelena Taranova çörəyi tamamilə tərk etməyin fəsadlarından danışıb və bu məşhur məhsulun optimal gündəlik qəbulunu açıqlayıblar.

News24.az Sfera.az-a istinadla xəbər verir ki, onların sözlərini Gazeta.Ru sitat gətirib.

Taranova bildirib ki, çörəyi pəhrizdən tamamilə çıxarmaq mümkün deyil. Bu məhsul orqanizm üçün zəruri olan bir çox qiymətli maddələrin mənbəyidir: lif, vitaminlər, o cümlədən B vitaminləri, maqnezium, selen, dəmir və digər vacib mikroelementlər. Ekspertin fikrincə, çörəyin tam imtinası bu qida maddələrinin çatışmazlığını təhdid edir.

"Bu komponentlərin olmaması sağlamlığa, enerji səviyyələrinə və həzm sisteminin fəaliyyətinə mənfi təsir göstərə bilər",- deyə mütəxəssis xəbərdarlıq edib.

Öz növbəsində diyetoloq Çexonina qeyd edib ki, insan gündə üç tikəyə qədər çörək yeyə bilər - hər yemək üçün bir tikə. Gündəlik kalori qəbulunu azaltmaq zərurəti yaranarsa, o, bunu çörək məhsulları, şirniyyat və digər yağlı qidalarla etməyi məsləhət görür.