Millimizin üzvü oynadı,
    • Bu gün, 16:36
    • 90

Millimizin üzvü oynadı, "Ankaragücü" qələbə qazandı

Türkiyə 1-ci Liqasında 7-ci turun görüşləri keçirilib.

News24.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Ankaragücü" səfərdə "Yeni Malatyaspor"un qonağı olub. 

Qarşılaşma paytaxt təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Renat da bu görüşün iştirakçısı olub. 25 yaşlı forvard 82-ci dəqiqədə meydana daxil olub.

Xallarını 13-ə yüksəldən "Ankaragücü" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.


Ağa