Rumıniya şahmatçısının HİYLƏGƏRLİYİ
    • 19-10-2024, 23:28
    • 708

Rumıniya şahmatçısının HİYLƏGƏRLİYİ

FİDE Ruminayanı təmsil edən ukraynalı şahmatçı Kiril Şevçenkonu diskvalfikasiya edib.

News24.az İdman.biz-ə istinadla xəbər verir ki, buna səbəb zəka sahibinin hiyləgərlik edərək rəqibinə qalib gəlmək istəməsi olub.

İspaniyada keçirilən komanda yarışında Kiril Pako Valexo ilə görüş zamanı tez-tez yerini tərk edərək eyni tualetdə girib. Bundan şübhələnən təşkilatçılar məsələni araşdırdıqda oradan mobil telefon aşkarlayıblar.

Nəticədə şahmatçı 2025-ci ilin yanvar ayının 1-ə kimi bütün yarışlardan uzaqlaşdırılıb.