-
- 20-10-2024, 12:36
- 2 003
Şuşada ilk körpə dünyaya gəldi
İşğaldan azad edildikdən sonra Şuşa şəhərində qurulan Modul Tipli Xəstəxanada ilk körpə dünyaya gəlib.
Bu barədə TƏBİB-dən bildirilib.
Şuşa sakini, 1990-ci il təvəllüdlü Təranə Xamıyevanın dünyaya gətirdiyi ilk körpəsi qız övladıdır. Körpənin çəkisi 3,200 qr, boyu 54 sm olub.
Hazırda anaya və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.