-
- 20-10-2024, 18:06
- 1 369
Manatın məzənnəsi ilə bağlı VACİB AÇIQLAMA
Azərbaycanda manatın ABŞ dollarına nisbətinin ən azı 2028-ci ilin sonuna kimi bir dollar üçün 1,7 manat səviyyəsində qalacağı proqnozlaşdırılır.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.
Proqnozlara əsasən, proqnoz İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanıb.
“Azərbaycan İqtisadiyyat Nazirliyinin təqdim etdiyi makroiqtisadi proqnozlarda 2025-2028-ci illər ərzində manatın ABŞ dollarına nisbətdə məzənnəsinin sabit qalacağı və cari ilin səviyyəsində olacağı gözlənilir. ", - Maliyyə Nazirliyinin açıqlamasında deyilir.
Qeyd edək ki, Hollandiyanın ING şirkətinin analitikləri Azərbaycanın ən azı 2026-cı ilin sonuna kimi manatın ABŞ dollarına nisbətdə de-fakto sabitliyini 1,7 manat/1 dollar səviyyəsində saxlayacağını proqnozlaşdırırlar. S&P Global Ratings beynəlxalq reytinq agentliyi və Asiya İnkişaf Bankı da milli valyutanın 2026-cı ilə qədər dollara bağlı qalacağını gözləyir.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı 2017-ci ildə inflyasiyanın qarşısını almaq üçün milli valyutanın ABŞ dollarına nisbətdə məzənnəsini 1,7 manat səviyyəsində müəyyən edib.