Putin məşhur Hollivud ulduzuna nazirlikdə iş verdi

Putin məşhur Hollivud ulduzuna nazirlikdə iş verdi Siyasət
Rusiya prezidenti Vladimir Putin məşhur Hollivud ulduzu Stiven Siqala Rusiya Xarici İşlər Nazirliyində vəzifəvə verib.

News24.az-ın məlumatına görə, Stiven Siqal Rusiya-Amerika Humanitar əlaqələri üzrə xüsusi nümayəndə vəzifəsinə təyin olunub.

Aktyor sosial şəbəkə vasitəsi ilə xəbər verib ki, o maaş almayacaq. Aktyor Rusiya və ABŞ arasında mədəniyyət, incəsənən üzrə münasibətlərin inkişaf etdirilməsində, eləcə də ictimai və gənclər üçün tədbirlərin təşkil edilməsində iştirakl edəcək.