Məşhur aktrisa ikinci dəfə ana olacaq
    • Bu gün, 07:53
    • 214

Məşhur aktrisa ikinci dəfə ana olacaq

Məşhur aktrisa Cennifer Lourens ikinci dəfə ana olacaq. 

News24.az xəbər verir ki, bu məlumatı “Vogue” jurnalına aktrisanın nümayəndəsi təsdiqləyib. 

Bildirilib ki, ötən gün ulduz Los-Ancelesdə şam yeməyində görüntülənib və hadisə şahidləri onun hamilə olduğunu deyiblər. 

Xatırladaq ki, “Aclıq oyunları”nın 34 yaşlı ulduzu və onun 40 yaşlı həyat yoldaşı, sənətşünas Kuk Maroneinin Sai adlı oğlan övladları var.

Cennifer Lourens 2018-ci ildə rejissor Darren Aronofski ilə ayrıldıqdan bir il sonra Kuk Maroneylə görüşməyə başlayıb. Cütlüyün münasibətləri sürətlə inkişaf edib. 2019-cu ildə K.Maroney aktrisaya evlilik təklif edib və tezliklə bir çox ulduzun dəvət olunduğu möhtəşəm bir toy baş tutub. 

Teymur Məmmədov