Cennifer Lourensdən yeni film
    • 10-07-2024, 22:50
    • 327

Cennifer Lourensdən yeni film

"Mənim ümid işığım", "Aclıq oyunları", "Yuxarıya baxma", "Kosmosda səyahət edənlər", "Sehrli gəl" kimi filmlərin ulduzu Cennifer Lourensin yeni layihəsi bəlli olub.

News24.az xəbər verir ki,v məşhur aktrisa Paul B. Rainey-nin 2023-cü ildə yazdığı qara komediya komiksinin film adaptasiyasına çəkiləcək Niyə Məni Sevmirsən? Cennifer Lourens də Justine Ciarrocchi ilə filmin prodüserləri arasındadır.

Ssenarisini Robert Funke yazdığı filmə rejissor axtarışları davam edir.

Qeyd edək ki, “Niyə məni sevmirsən?” filmi Kler və Mark adlı bədbəxt cütlüyün evliliklərini davam etdirməyə çalışmasından bəhs edir. Komiks "evlilik, alkoqolizm, depressiya və itirilmiş imkanlardan bəhs edən qara komediya" kimi təsvir edilib.

Günel Məlikzadə