Azərbaycan - Ermənistan sərhədində növbəti delimitasiya harada baş tutacaq?
    • 21-10-2024, 12:40
    • 622

Azərbaycan - Ermənistan sərhədində növbəti delimitasiya harada baş tutacaq?

Azərbaycan-Ermənistan sərhədlərin delimitasiyasının növbəti mərhələsinin harada keçiriləcəyini hələ müzakirə etməyiblər.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan deyib.

“Növbəti ərazi ilə bağlı heç bir müzakirə aparılmayıb. Ərazinin hansı prinsiplərə əsasən seçiləcəyi hələ müəyyən edilməyib. Bir qayda var ki, məsələ konsensusla həll olunmalıdır”, - Qriqoryan deyib.