Delimitasiya ilə bağlı Bakı müsbət cavab verib — Qriqoryan
    • 21-06-2023, 14:57
    • 446

Delimitasiya ilə bağlı Bakı müsbət cavab verib — Qriqoryan

Bakı Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası məsələləri üzrə komissiya üzvlərinin iclasının keçirilməsi ilə bağlı erməni tərəfinin təklifinə müsbət cavab verib. 

News24.az xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan deyib.

“Cavab müsbətdir, lakin görüşün yeri, ayı və saatı ilə bağlı hələlik razılaşma yoxdur. Güman edirəm ki, görüş tezliklə baş tutacaq”, - Qriqoryan qeyd edib.

Onun sözlərinə görə, gündəlikdə duran məsələlər müzakirə olunacaq. “Söhbət delimitasiya məsələləri üzrə komissiyaların işçi iclasından gedir”, - deyə Ermənistan baş nazirinin müavini vurğulayıb.

Akqabay