-
- 21-10-2024, 13:25
- 489
Mərkəzi Bank faiz qərarını açıqlayacağı tarixi dəyişdi - SƏBƏB
Azərbaycan Mərkəzi Bankı (AMB) faiz qərarını açıqlayacağı tarixi oktyabrın 30-dan noyabrın 1-nə dəyişib.
News24.az Oxu.Az-a istinadla bildirir ki, bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, buna səbəb qurumun sədri Taleh Kazımovun rəhbərliyi ilə nümayəndə heyətinin Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantılarında iştirak etməsidir.
Odur ki, AMB-nin İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı barədə mətbuat konfransının da 1 noyabrda keçirilməsi nəzərdə tutulur.