Rusiya vətəndaşlığı almağa peşman oldular - DÖYÜŞƏ GÖNDƏRİLDİLƏR
    • 21-10-2024, 13:33
    • 1 753

Rusiya vətəndaşlığı almağa peşman oldular - DÖYÜŞƏ GÖNDƏRİLDİLƏR

Permdə Rusiya pasportu almış təxminən 50-yə yaxın miqrant hərbi komissarlığa aparılıb.

News24.az Rusiya KİV-nə istinadən xəbər verir ki, şəhərdə hərbi xidmət üçün qeydiyyatdan keçməmiş yeni ölkə vətəndaşlarının müəyyən edilməsi məqsədilə reyd keçirilib. Bunun üçün tikinti meydançalarında, ticarət mərkəzlərində, həmçinin nəqliyyat sürücüləri arasında axtarış aparılıb. 

Nəticədə 47 nəfər hərbi komissarlığa aparılıb, onlardan 5 nəfəri dərhal Rusiya Silahlı Qüvvələri ilə müqavilə bağlayıb.

Reydi Rusiya İstintaq Komitəsinin Perm qarnizonu üzrə hərbi istintaq idarəsi və hərbi komissarlığın əməkdaşları həyata keçirib.

Teymur Məmmədov