Məşhur futbolçunun evi qarət edildi - oyunda ikən...
    • Bu gün, 15:46
    • 193

Məşhur futbolçunun evi qarət edildi - oyunda ikən...

"Yuventus"un futbol komandalarında çıxış edən braziliyalı Duqlas Luiz və onun sevgilisi Alişa Lehmanın evləri qarət edilib.

News24.az xəbər verir ki, hadisədə cütlüyün evindən 11 saat və çoxlu qızıl-zinət əşyaları oğurlanıb.

Duqlas Luiz həmin vaxt “Yuventus”da oyunda olub, Alişa isə qadınlardan ibarət komanda ilə məşq edib.

Matçdan sonra evə gələn Duqlas Luiz evin dağıldığını görüb.

Duqlas Luiz hadisəni polisə xəbər verərkən, oğurluqla bağlı istintaq başladılıb.

Qeyd edəkki,çütlük Turinin ən prestijli ərazilərindən birində yaşayır.

Məryəm İlhamqızı