Duqlas Kostanın yeni klubu bilindi - RƏSMİ
    • 26-08-2024, 13:20
    • 355

Duqlas Kostanın yeni klubu bilindi - RƏSMİ

Braziliya millisinin keçmiş oyunçusu Duqlas Kosta karyerasını Avstraliyada davam etdirəcək.

News24.az Fanat.Az-a istinadla xəbər verir ki, 33 yaşlı futbolçu "Sidney"ə keçib. 

Avstraliya klubu "Fluminense"dən azad agent kimi ayrılan Kosta ilə müqavilə imzaladığını rəsmən açıqlayıb.

Kosta sözügedən klubun mətbuat xidmətinə açıqlamasında ilk təəssüratlarını bildirib: “Karyeram boyu bəzi inanılmaz komandalarda oynamışam, çoxsaylı titullar qazanmışam. "Sidney"ə yenə titul qazanmaq üçün gəlmişəm. Futbol mənim qanımdadır və Avstraliyaya ölkədə bu idman növünün səviyyəsini yüksəltmək, ehtiraslı ictimaiyyəti əyləndirmək və "Sidney" üçün kuboklar almaq üçün gəlmişəm".

Xatırladaq ki, Kosta "Fluminense"dən əvvəl Donetsk "Şaxtyor"u, "Bayern Münhen", "Yuventus" və "Los-Anceles Qelaksi" klublarının formasını geyinib. O, yarım il oynadığı "Fluminense"də 22 matça çıxsa da, məhsuldar göstəricilərlə yadda qalmayıb.