Məşhur futbolçunun evi qarət olundu
    • 19-12-2023, 07:28
    • 159

Məşhur futbolçunun evi qarət olundu


“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Brüynenin Belçikadakı evi qarət edilib.

News24.az teleqram.com-a istinadla xəbər verir ki, oğurluq faktını futbolçunun həyat yoldaşı aşkarlayıb.

Belçika polisi hadisəni təsdiqləyib.

Evdən zinət əşyalarının oğurlandığı bildirilir.