Nəzakətli quldur oğurluqdan əvvəl üzr istədi - VİDEO
    • Dünən, 17:58
    • 168

Nəzakətli quldur oğurluqdan əvvəl üzr istədi - VİDEO

Sankt-Peterburqda polis Qoroxovaya küçəsindəki mağazada satıcı qadına hücum edən qulduru saxlayıb.

News24.az xəbər verir ki, kişi əlində bıçaqla mağazaya soxulub, üzr istəyib, hədələyəcəyi ilə bağlı xəbərdarlıq edib. 

Daha sonra bıçağı qadının boynuna tutaraq ondan gəliri verməsini tələb edib. Quldur yoxa çıxmazdan əvvəl vidalaşmağı da unutmayıb.

Hücum edən şəxs saat yarım sonra saxlanılıb. 

"Peterburq Polisi" Teleqram kanalının məlumatına görə, quldurun Sankt-Peterburq restoranlarından birində aşpaz işləyən 23 yaşlı Yamalo-Nenets Muxtar Dairəsinin sakini olduğu üzə çıxıb. Faktla bağlı cinayət işi açılıb.

Məryəm İlhamqızı