Mağazada rus dili qalmaqalı: Satıcı qadını DTX DİNDİRDİ
    • Dünən, 18:09
    • 6 674

Mağazada rus dili qalmaqalı: Satıcı qadını DTX DİNDİRDİ

Latviya Dövlət Təhlükəsizliyi Xidməti (DTX) satıcı qadının müştəriyə latış dilində xidmət göstərməkdən imtina etdiyi mağazaya baxış keçirib. Qadın bildirib ki, onunla rus dilində danışmağa razı olmayanları “nasist” hesab edir.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə “Delfi” xəbər yayıb.

Qeyd edək ki, sosial şəbəkələrdə Riqa ticarət mərkəzindəki “Postcard” dəftərxana ləvazimatları və hədiyyələr mağazasının satıcısı ilə bağlı qalmaqal yayılıb. Məsələni gündəmə gətirən qadın rusiyalı satıcının “Rus mağazası” olduğu üçün ona rəsmi latış dilində xidmət göstərmək istəyinə aqressiv reaksiya verdiyini yazıb və ondan bunu tələb edənləri nasist hesab etdiyini bildirib. Onun mesajı böyük səs-küyə səbəb olub.

Latviyanın Dövlət Təhlükəsizliyi Xidməti mətbuata təsdiqləyib ki, hadisənin baş vermə şəraitini araşdırmağa başlayıblar və oktyabrın 19-da satıcı qadınla söhbət edib, ona nifrət doğuran ifadələrin cinayət məsuliyyəti ilə nəticələnəcəyi barədə xəbərdarlıq ediblər.

Rəsmilər mağazanın və onun icarəyə götürdüyü ticarət mərkəzinin rəhbərliyi ilə də danışıblar ki, belə halların qarşısını almaq üçün əlavə tədbirlər görsünlər.

Xatırladaq ki, ilin əvvəlindən Latviyada immiqrasiya qanununun tələblərinə əməl etməyən - dövlət dilini bilmək üçün imtahan vermədən və başqa yaşayış icazəsi üçün müraciət etmədən rusların ölkədən çıxarılması prosesinə start verilib.