-
- 22-10-2024, 21:35
- 210
"Porsche" və "Audi" avtomobillərini geri çağırdı
Porsche, 2019-cu ilin oktyabrından 2024-cü ilin fevralına qədər istehsal edilən Taycan modellərinin akkumulyator modullarında qısaqapanma ehtimalına görə 27 mindən çox avtomobili geri çağıracağını açıqlayıb.
News24.az xəbər verir ki, hələlik konkret texniki problem aşkar edilməsə də, nəqliyyat vasitələri sahiblərinin təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı tədbirlər həyata keçiriləcək.
NHTSA tərəfindən dərc edilən hesabatda, batareya modullarında qısaqapanmaların yanğın təhlükəsi yarada biləcəyi ifadə edilib. Buna görə də avtomobillərin xüsusi diaqnostik proqram təminatı ilə yoxlanılması üçün səlahiyyətli xidmətlərə aparılması lazımdır.
Audi də oxşar problemlə üzləşib. ABŞ-da təxminən 6500 e-tron GT və RS modeli eyni batareya texnologiyasından istifadə etdiyi üçün geri çağırılıb. Batareyanın qeyri-kafi izolyasiyası maye sızmasına səbəb ola bilər ki, bu da elektrik problemləri və potensial yanğın riski deməkdir . Audi avtomobil sahiblərinə məlumat məktubları göndərir və onlara səlahiyyətli xidmətlərlə əlaqə saxlamağı tövsiyə edir.
Qeyd edək ki, hər iki marka avtomobil sahiblərini məlumatlandıracaq, oktyabr və noyabr ayları ərzində pulsuz texniki xidmətlər təklif edəcək. Təmir səlahiyyətli xidmətlərdə aparılacaq və problem aşkar edildikdə akkumulyator modulları dəyişdiriləcək.
Porsche, batareyanın sızmasının qarşısını almaq üçün istifadə edilən izolyasiya materialında təkmilləşdirmələr edildiyini və bu problemlərin yeni modellərdə həll edildiyini bildirib.
Məryəm İlhamqızı