Beyni 20 il qocalda bilən görünməz düşmən
    • 22-10-2024, 22:25
    • 759

Beyni 20 il qocalda bilən görünməz düşmən

Yeni bir elmi araşdırma, ağır Covid-19 infeksiyasının beyinə ciddi ziyan vura biləcəyini və bu zədələrin beyni 20 ilə qədər qocalda biləcəyini ortaya qoyub. 

News24.az xəbər verir ki, bu tapıntı bir daha göstərib ki, koronavirus təkcə tənəffüs sisteminə deyil, həm də mərkəzi sinir sisteminə dərin təsir göstərə bilər.

Berlin Charité və Böyük Britaniyanın tədqiqatçıları tərəfindən aparılan bu əhatəli araşdırma virusun həm birbaşa, həm də dolayı yolla beyinə zərər verə biləcəyini göstərib.

Tədqiqatçılar, Covid-19 xəstələrində beyin zədələnməsi üçün xüsusi markerlərin artdığını və beyin boz maddəsində itkilərin olduğunu aşkar ediblər. Bu vəziyyət xəstələrdə yaddaş problemləri, diqqət əskikliyi kimi simptomlara səbəb ola bilər.

Tədqiqatın nəticələri xəstəliyin beyin sağlamlığına təsirlərini daha yaxşı başa düşməyimizə və buna uyğun olaraq yeni müalicə üsullarının işlənib hazırlanmasına kömək edəcək.

Məryəm İlhamqızı