Şirməmməd Hüseynov  II Fəxri Xiyabanda dəfn olunub YENİLƏNİB -3 - FOTOSESSİYA - VİDEO
    • 25-06-2019, 13:03
    • 2 696

Şirməmməd Hüseynov II Fəxri Xiyabanda dəfn olunub YENİLƏNİB -3 - FOTOSESSİYA - VİDEO

Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru, Azərbaycan jurnalistikasının görkəmli simalarından biri Şirməmməd Hüseynov bu gün ikinci Fəxri Xiyabanda dəfn edilib.

News24.az-ın xəbərinə görə, mərhumun qəbri üstünə əklillər qoyulub, gül çələngləri düzülüb. Dəfn mərasimində təhsil naziri Ceyhun Bayramov, Vergilər naziri Mikayıl Cabbarov, ADNA-nın rektoru Musatafa Babanlı, millət vəkili Əflatun Amaşov iştirak ediblər.  Şirməmməd Hüseynovun hüzr mərasimi Təzəpir məscidində keçiriləcək. Mərhumun "üç" mərasimi sabah, iyunun 26-da qadınlar üçün saat 11-də, kişilər üçün isə saat 13:00-da başlayacaq.

***
13.03


Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, BDU-nun mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynovla vida mərasimi başa çatıb.
News24.az xəbər verir ki, mərhumun cənazəsi torpağa tapşırılması üçün İkinci Fəxri xiyabana aparılır.

***
13.18
Professor Şirməmməd Hüseynovla vida mərasimində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezidentin köməkçiləri Fuad Ələsgərov və Əli Həsənov da iştirak edirlər

Bu haqda News24.az xəbər verir.

***
11.09

Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, BDU-nun mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynovla vida mərasimi keçirilir.

News24.az-ın məlumatına görə, Bakı Dövlət Universitetində düzənlənən vida mərasiminə onu sevən tələbələri, müəllim kollektivi, yaxınları onunla sonuncu dəfə vidalaşmağa gəliblər.

Vida mərasimi 13:00-dək davam edəcək. Daha sonra Ş.Hüseynovun nəşi İkinci Fəxri Xiyabanda torpağa tapşırılacaq.
 
Xatırladaq ki, Ş.Hüseynov iyunun 24-də axşam saatlarında 95 yaşında vəfat edib.

Afaq Mirayiq

FOTO/VİDEO: Fərid ŞABANOV