-
- 22-10-2024, 12:48
- 328
Gələcəyin nəqliyyatı: SÜRÜCÜSÜZ AVTOBUS - VİDEO
Çinin Quandun əyalətinin mərkəzi olan Quanqcou şəhərində sürücüsüz sərnişin avtobusları bir müddət əvvəl sınaqdan keçirilib. Hazırda isə həmin avtobuslar demək olar ki, tam fəaliyyət göstərirlər.
Bu avtobuslarla bağlı bir sosial media istifadəçisi Erdem Ersoy öz təcrübələrini bölüşüb. O, bildirib ki, bu avtobuslarda hər bir sərnişin təhlükəsizlik kəmərini taxmalıdır. Əks təqdirdə avtobus hərəkətə keçmir.
Videoda avtobusun qarşısına çıxan piyadalara siqnal verərək onları xəbərdarlıq etdiyi də görünür. News24.az həmin anları təqdim edir:
Günel Məlikzadə