-
- 5-07-2018, 19:22
- 987
Sürücüsüz avtomobillərin istehsalına başlanıldı - Foto
Çinin texnologiya nəhəngi "Baidu” sürücüsüz avtobusların istehsalına başlayıb.
"Apolong” adı verilən avtobuslar ilk olaraq Çin şəhərlərində istifadəyə veriləcək, daha sonra xarici ölkələrə ixracı nəzərdən keçiriləcək. "Baidu” "səviyyə-4 avtonom avtobusları”nı istehsal edən azsaylı şirkətlərdən biridir.
"Apolong” avtobusları 14 sərnişin yerinə malikdir. Avtobusda sürücü oturacağı, sükan və pedallar yoxdur. Elektrik enerjisi ilə işləyir və iki saat ərzində enerji yığdıqdan sonra 100 km. yol gedə bilir. Avtobus saatda 70 km sürət yığa bilir.
Avtobusun ilk olaraq Çinin Pekin Şenzen, Vuhan şəhərlərində istifadəsi nəzərdə tutulur. Yaponiya ilə bağlanan razılıq çərçivəsində avtobusun Tokioda da istifadəyə verilə biləcəyi deyilir.
Elvin Nüsrətoğlu