-
- 22-10-2024, 22:58
- 330
Yaponiyanın yeni qatarı: Gözlə görülməyəcək qədər sürətli
Dünyada sürətli qatarlardan ən çox istifadə edən ölkələrdən biri olan Yaponiyada iddialı bir layihə gündəmdədir.
News24.az xəbər verir ki, sürəti saatda 500 kilometrə çatan maqlev qatarı paytaxt Tokio ilə Naqoya şəhəri arasında hərəkət edəcək.
İlk olaraq 2027-ci ildə xidmətə verilməsi planlaşdırılan qatar, bəzi problemlər və ekoloqların etirazları səbəbindən ən tez 2034-cü ildə istifadəyə veriləcək.
Test zamanı qatarın sürəti gözlə izlənilə bilməyəcək qədər yüksək səviyyələrə çatıb.
Yaponiya sürətli qatarlardan ən çox istifadə edən ölkələrdən biri kimi tanınsa da, dünya sürət rekordu hazırda Çinə məxsusdur.
Qeyd edək ki. 2030-cu illərdən etibarən ölkədə maşinistsiz yüksək sürətli qatarların fəaliyyətə başlaması planlaşdırılır.
Məryəm İlhamqızı