Ankara-Sivas yüksək sürətli qatar xətti sabah istifadəyə veriləcək
    • 25-04-2023, 23:40
    • 173

Ankara-Sivas yüksək sürətli qatar xətti sabah istifadəyə veriləcək

Sabah “Türkiyənin Meqa Layihələri” arasında yer alan Ankara-Sivas yüksək sürətli qatar xətti istifadəyə veriləcək.

Açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.

Ankara-Sivas yüksək sürətli qatar saatda 250 km sürətlə hərəkət edəcək və marşrut boyunca cəmi 8 dayanacaqdan ibarət olacaq.

Qatar xətti səyahət vaxtını azaltdığı kimi, Ankara ilə Sivas arasındakı məsafəni 603 kilometrdən 405 kilometrə endirəcək.

Xəttin tikintisinə 2007-ci ildə başlanılıb. Dəmir yolu xəttinin uzunluğu 393 kilometrdir. /Report/