-
- 22-10-2024, 22:13
- 234
İran ABŞ-ı “şəriki” ilə bağlı xəbərdar etdi
Yaxın Şərqdə gərginlik günü-gündən artarkən İrandan ABŞ-a yeni xəbərdarlıq gəlib.
News24.az xəbər verir ki, İranın BMT-dəki (BMT) daimi nümayəndəsi Əmir Səid İrəvani BMT Təhlükəsizlik Şurasının üzvləri və BMT-nin baş katibi Antonio Quterreşə məktub göndərib.
İrəvani məktubda xatırladıb ki, ABŞ prezidenti Co Bayden Berlində verdiyi açıqlamada İsrailin İrana hücumu ilə bağlı məlumatlara malik olduğunu bildirib.
Bu o deməkdir ki, ABŞ İsrailin İrana qarşı qeyri-qanuni hərbi təcavüzünü üstüörtülü şəkildə bəyənir və dəstəkləyir”, - İran nümayəndəsi bildirib.
O, Baydenin bəyanatının ABŞ-ın regional gərginliyi azaltmaq istəməsi ilə bağlı iddialarına da zidd olduğunu bildirib. Bu bəyanatların təxribat xarakterli və təhlükəli olduğunu qeyd edib.
Günel Məlikzadə