58 il sonra günahsız olduğu ortaya çıxdı, azadlığa buraxıldı
    • 22-10-2024, 22:44
    • 324

58 il sonra günahsız olduğu ortaya çıxdı, azadlığa buraxıldı

Yaponiya polisi 58 ildir qətldə ittiham olunan və ölüm hökmündə olan adamdan yanlış araşdırmaya görə üzr istəyib.

News24.az xəbər verir ki, Yaponiyanın Şizuoka prefekturasının polis rəisi Takayoshi Tsuda dünən İvao Hakamadanın evinə baş çəkib. Səhv həbs və istintaqa görə həm Hakamada, həm də bacısı Hidekodan üzr istəyib:

“Həbs olunmağınızdan təqsirsizliyiniz sübuta yetirilənə qədər keçən 58 il ərzində biz sizə təsvirolunmaz narahatlıq və yük yaratmışıq. Biz həqiqətən üzr istəyirik. Biz araşdırmalarımızın daha ciddi və ədalətli olmasını təmin etməyə çalışacağıq".

Hideko polisə belə cavab verib:

“Bu, 58 il əvvəl olub. Biz inanırıq ki, hər şey bizim taleyimizdir. Artıq polisə heç bir şikayət etməyəcəyik".

Qeyd edək ki,Hakamada 1966-cı ildə dörd nəfəri öldürməkdə günahlandırılaraq həbs edilib. Hakamada ölüm cəzasına məhkum edildikdən sonra bacısı Hideko illərlə qardaşının işinə yenidən baxılması üçün vəsatət qaldırıb.

2014-cü ildə rayon məhkəməsi Hakamadanın ölüm hökmünü dayandırıb və yenidən işin araşdırılmasına qərar verib və Hakamada azadlığa çıxıb. Sentyabrın 26-da keçirilən təkrar məhkəmə prosesi nəticəsində Hakamada təqsirsiz elan edilib.

Günel Məlikzadə