56 il sonra günahsız olduğu bilindi
    • 26-09-2024, 16:00
    • 204

56 il sonra günahsız olduğu bilindi

1968-ci ildə Yaponiyada ölüm cəzasına məhkum edilən 88 yaşlı İvao Hakamada dəlillərin uydurma olduğu əsas gətirilərək bəraət alıb.

News24.az xəbər verir ki, dünyanın ən yaşlı edam məhbusu İvao Hakamada 1968-ci ildə müdirini, həyat yoldaşını və iki uşağını öldürdüyü üçün edam cəzasına məhkum edilib.

Məhkəmənin 46 ilini ölüm hökmündə keçirən Hakamada illər keçdikcə psixi sağlamlığını itirib. Xüsusi qayğısı bacısı tərəfindən təmin edilən Hakamada səhhətindəki problemlər səbəbindən cümə axşamı günü keçirilən məhkəmə iclasında iştirak edə bilməyib. Lakin Hakamada tərəfdarları məhkəmə zalının qarşısına axışıblar.

Qətldə ittiham olunan Hakamadanın vəkilləri ittihamda istifadə edilən qanlı paltarın DNT-sinin müvəkkillərinə aid olmadığını iddia ediblər. Məhkəmə paltardakı qırmızı ləkələrin qan ola bilməyəcəyinə qərar verib. Yaponiya xalqı tərəfindən maraqla izlənilən işin bəraət qərarı yüzlərlə insan tərəfindən coşqu ilə qarşılanıb. Hakamadanın 91 yaşlı bacısı Hideko Hakamada uzun illər keçsə də ədalətin bərqərar olmasından xoşbəxt olduğunu bildirib.

Günel Məlikzadə