İndi çıldağçılar nə qədər pul qazanır?
    • 23-10-2024, 08:29
    • 333

İndi çıldağçılar nə qədər pul qazanır?

Yəqin ki, çildağ haqqında çoxunuz məlumatlısınız. Çildağ - dağbasma deməkdi. 

İnsanı diksindirmək üçün bədəninə yanar od-dağ basırlar. Deyilənə görə, insanın müəyyən nöqtələri var ki, həmin nöqtələrə od basanda bədən ayılır. Uzun illərdən bəri insanların qorxularını götürmək, bədnəzəri üzərlərindən uzaqlaşdırmaq üçün qədim Şərq müalicə üsulu olan “çildağ müalicəsi”ndən istifadə edilib.

Hazırda bu sənətin nümayəndələri nə qədər pul qazanır? Bununla bağlı Çıldağçı Simuzər News24.az-a bu sənətin hazırkı vəziyyətindən danışdı:

“Bu sənətin bizim ailədə 150 ildən çoxdur ki, yaşadılır. Əsasən qorxusu olanlar bir təbabət kimi yanımıza gəlirlər. Sözün düzü indi yanımıza gələnlər yaşlı nəslin tövsiyələri ilə gəlirlər.

Əvvəl yaxşı qazanc var idi, bir dəfə xaricdən azərbaycanlı xanım gəldi 400 dollar verdi, bir dəfə biznesmen geldi 500 manat vermişdi. Belə də gündəlik qazanc olurdu. Bu elə bir şeydir ki, qiymət qoymaq olmaz, insanlar şəfa bilib gəlir, kim nə qədər versə min bərəkət. Ancaq indi demək olar gündə 1 nəfər gələr ya da yox, çox azalıb gələnlərin sayı. Düzdür, sağ olsunlar, köhnədən gələnlər hörmət edir, ancaq onların da sayı bir yerə qədərdir. Misal üçün 15 il əvvəl olub 1 aya 5 min manat qazanmışam, indi 1 aya qırmızı yüzlük görəndə sevinirik (gülür). Bu bir adət-ənənədir, yaşatmaq lazımdır. Xeyrini görən insanlar da çoxdur. Sadəcə nəsil dəyişir, hər şey müasirləşir, ona görə biz də yaşdan çıxırıq”.

Ağa