SOCAR niyə “Aİ-92” benzini 1 manat 10 qəpiyə satır?
    • 23-10-2024, 07:00
    • 306

SOCAR niyə “Aİ-92” benzini 1 manat 10 qəpiyə satır?


Bu ilin ilk 8 ayı ərzində xarici ölkələrdən Azərbaycana 46 min 927,5 ton “Aİ-92” markalı benzin idxal olunub.

İdxal olunan benzinin gömrük dəyəri 38 milyon 502 min dollar olub.

1 ton benzinin 1 310 litr olduğunu nəzərə alsaq, o zaman ölkəyə gətirilən benzinin 1 litrinin gömrük dəyəri 63 sent və ya mövcud məzənnə ilə hesablandığı zaman 1 manat 7 qəpiyə bərabər olur.

Məlumat üçün bildirək ki, ötən ilin eyni dövründə ölkəyə idxal olunan “Aİ-92” markalı benzinin 1 litrinin gömrük dəyəri 70 sent və ya 1 manat  20 qəpik olub.

Açıqlanan məlumatlardan da göründyü kimi son bir ildə idxal olunan “Aİ-92” markalı benzinin gömrük dəyəri 11% aşağı düşüb.

Qeyd edək ki, Azərbaycan bu ilin ilk 8 ayında “Aİ-92” markalı benzini aşağıdakı ölkələrdən idxal edib:

Rusiya – 41 793,4 ton (1 litr – 1 manat 3 qəpik)

Bolqarıstan – 5 134 ton (1litr – 1 manat 34 qəpik)

Onu da qeyd edək ki, bu ilin 29 iyun tarixində Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif Şurası “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətini 1 litr üçün 10 qəpik artıraraq 1 manat 10 qəpiyə qaldırılıb.// Xalq.az