-
- 23-10-2024, 07:35
- 378
“McDonald's”da zəhərlənmə olub, ölən var
ABŞ-nin 10 ştatında McDonald's restoranlarından hamburger menyularını yeyən 49 nəfər E.Coli bakteriyasına görə xəstəxanaya yerləşdirilib.
News24.az xəbər verir ki, xəstəxanaya aparılan bir nəfər dünyasını dəyişib.
ABŞ-nin qida sağlamlığı agentliyi CDC, ölümün hamburger səbəbiylə olduğunu təsdiqləyib.
Bu hadisədən sonra McDonald's səhmləri 10 faiz ucuzlaşıb.
CDC qeyd edib ki, zəhərlənənlərin demək olar ki, hamısı eyni şəkildə hazırlanmış hamburger yeyiblər. Bu səbəbdən hamburgerlərin hazırlanmasında istifadə edilən bir məhsulun E.coli daşıdığı düşünülür.
E. coli infeksiyasının simptomları çox vaxt infeksiyanın növündən və orqanizmə necə daxil olmasından asılı olaraq dəyişir. Ən çox görülən simptomlara şiddətli qarın ağrısı, ishal, ürəkbulanma və qusma və yüngül qızdırma daxildir.
Məryəm İlhamqızı