-
- 23-10-2024, 12:15
- 814
"Həkim dedi ömrünə az qalıb, get hazırlaş"
Müğənni Kəmalə Qaramollayeva efirdə ağlayıb.
Parol.az xəbər verir ki, onun tamaşaçılar qarşısında göz yaşı tökməsinə səbəb iti olub. Bəli, səhv eşitmədiniz...
Müğənni oktyabrın 26-da itinin dünyasın dəyişməsinin 1 ili olacağını bildirərək, gözyaşlarını saxlaya bilməyib.
K.Qaramollayeva itə qarşı həssaslığını bu sözlərlə izah edib:
"Mən 11 il 10 ay it saxlamışam və o mənə insandan daha yaxın idi. Çox bağlanmışdım ona. Heyvan saxlayan insanlar əslində onu bilir. Onlar ailənin bir üzvü kimi olurlar.
Bilirsiniz, mənim 5 il idi övladım olmurdu. Demirəm it övladımın yerini verib, əlbbəttə ki, elə ola bilməz. Amma itim mənə təsəlli olub, o boşluğu doldurub. Və o qədər ona bağlanmışdım, elə bilirdim o heç vaxt ölməz. Amma həkimi sonuncu dəfə mənə deyəndə ki, "onlar az yaşayırlar, get hazırlaş". Yəni artıq o qocadır da".