7 ildən sonra səhnəyə qayıdan müğənni:
    • 6-12-2019, 17:21
    • 813

7 ildən sonra səhnəyə qayıdan müğənni: "Sənətimi satıb ucuzlaşdırmaram" - FOTOLAR

Müğənni Kəmalə Qaramollayeva 7 illik fasilədən sonra yenidən səhnəyə qayıdıb.

News24.az xəbər verir ki, o, əməkdar artist Mətanət İsgəndərlinin repertuarından olan "Sən ol" adlı mahnıya müracitə edib. İfaçı sözügedən musiqi üçün çəkdirdiyi klipini təqdim edib.

Müğənni prodüser Asif Kərimovla yaranan iş birliyi barədə danışıb: "Asif müəllimlə məclislərin birində tanış olduq. Mahnı üçün mən ona müraciət etdim. Sağ olsun dəstəyi çox böyük oldu. Hətta studiyada mahnı yazdıranda Asif müəllim mənə dedi ki: "Kəmalə istedadlı olduğunu bilirdim, amma bu dərəcə olduğun təsəffür etmirdim". Bundan sonra da prodüser, müğənni kimi bir yerdə çalışacağıq. Onun sənətimə olan qiyməti çox sevindirici məqamdır. Çünki Asif müəllim Azərbaycan şou-biznesinin ən peşəkar, düzgün prodüserlərindən biridir. O, insan hər müğənninin payına düşmür".

İfaçı 7 illik fasiləsindən söz açıb: "Mənim anlayışımda itmək, uzaqlaşmaq kimi fikirlər heç vaxt olmayıb. Sənətdən getməmişdim, sadəcə olaraq müəyyən səbəblərə görə oxumurdum. 5 il övlad problemim oldu. Azərbaycandan kənarlaşdım, müalicələr alırdım. Bunların hamısı zaman tələb edirdi. Əslində, ailə həyatı qurandan 1 ildən sonra oxuyacaqdım, amma belə oldu".

K. Qaramollayeva boşanma xəbərləri yayılandan sonra çəkdirdiyi açıq-saçıq fotosessiyalarından söhbət açıb: "Açıq-saçıq deyildi. Sadəcə olaraq bəzi insanlarımız artıq danışmağı sevirlər. Mən həyat yoldaşımın yanında bundan da açıq-saçıq geyinirəm. Müasir insan müasircəsinə, ruhu, ürəyi gözəlsə gözəlcəsinə qəbul edir. Bu dəqiqə heç sənətdə olamayan, adi qızlarımız elə geyinirlər ki, küçədə onları görəndə təəccüblənirəm. Amma mən estrada, səhnə müğənnisi olaraq bir balaca açıq geyinməyim normal qarşılanmalıdır. Və mən allaha da ibadət edirəm. Buna görə də çox qınandım. Mən müğənniyəm. O demək deyilki bütövlükdə çadraya bürünməliyəm, bütün günü məscidlərdə olmalıyam. Mən allahıma inanıram. Bu arada şəxsi həyatımla bağlı yaranan dedi-qodulara son qoymaq istəyirəm. Həyat yoldaşımla boşanmamışam. Ailəmdə hər şey çox yaxşıdır".

Sənətçi "trend" ifadəsini onun üçün nə demək olmasından da danışıb: ""Trend" məsələsi boş şeydir. Onun heç ömrü də yoxdur. Bir az əyləncə üçündür. Gəldi-gedərdir. Tarixdə qalacaq ifalar deyil. Vaxt azlığına görə gündəmi izləmirəm".

Kəmalə Qaramollayeva Afət Fərmanqızının "Uşağımı istəyərək tələf etdim" fikirinə münasibət bildirdi: "Mən bunu etməzdim. Sənətimi satmazdım və ucuzlaşdırmazdım. Amma hər kəs fikirini deməyə azaddır. Mən kiməm ki, onun fikirinə münasibət bildirim? Çox istəyərdim ki, Azərbaycan musiqisinə verilən dəyər, hörmət, qiymət yenidən qayıtsın".

Müğənni qeyd edib ki, bədəndə edilən hər hansı cərrahi müdaxiləyə ancaq yaşlaşanda müraciət edə bilər.

Sevda Bayramova