-
- 24-02-2021, 10:28
- 798
"Elə bil mən onların məhkəməsiyəm" - SƏİDƏ ƏSƏBİLƏŞDİ
"Kinli deyiləm, bacarmıram. Yalan nə deyim? Amma silib atmağı qəşəng bilirəm. Dözərəm, keçərəm. Bəlkə də 5 il də keçə bilərəm həmin adama dostum da olsa belə. 10 il də. Görün nə qədər səbr var. Amma vaxt, zaman gələndə silirəm, birdəfəlik gedir".
News24.az xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan "MTV Azərbaycan"a açıqlamasında deyib. Sənətçi Xalq artisti Röya Ayxan və müğənni Natavan Həbibi haqda suallara əsəbiləşib: "Mənə Röya, Natavan barədə sual verməyin. Olar ki, bir dəfə də onlara belə sual verin. Mənim nəyimə lazımdır Natavan, Röya. Özləri bilərlər. Niyə axı onlar haqında danışım? Gələn mənə onlardan nəsə deyir. Elə bil mən onların məhkəməsiyəm".
İfaçı tərzinin birmənalı qarşılanmamasından da danışıb: "Həyatda xoşlamıram insanlar belə dedi, sən də belə etməlisən. Özüm üçün yaşayıram. Onsuz da hər kəs özü üçün yaşayır. İnsanlar niyə mənə müdaxilə etsin ki? Özümü belə görürəm, belə rahatamsa, heç kim mənim azadlığımı ala bilməz. Evdəkilər insanların qınağına əsəbiləşir. Deyirəm siz məni neçə il dəyişə bilmədinizsə, indi də dəyişməyəcəksiniz. Başımı aşağı salıb, öz işimlə məşğul oluram. Dəyməyin mənə. Mənə belə rahatdır. Mən insanlara görə dəyişə bilmərəm".
Sevda Baramova